21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Karantin mütləq sərtləşdirilməlidir - İnfeksionist

03.12.2020

 Yoluxma sayının kəskin artması səbəbindən elə bu gündən sərt karantin tətbiq edilməlidir.

Bunu infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, karantinin sərtləşdirilməsi həm səhiyyə sisteminin yüngülləşdirilməsinə, həm də yoluxmanın azalmasına səbəb ola bilər:

"Hesab edirəm ki, karantinin sərtləşdirilməsinə hələ iki həftə əvvəl gedilməli idi. Nə qədər sərtləşmə olarsa, yoluxma da bir o qədər azalar. İlkin mərhələdə 2-3 həftəlik sərt karantin tətbiq edilməlidir. Ondan sonrakı mərhələdə göstəricilərə baxmaq lazımdır. Əgər şərtləşmə yoluxmanın azalmasına səbəb olarsa, bu tədbirlər davam etdirilməlidir.

Yoluxma sayının azalması həm də səhiyyənin yükünü azaldar. Nəzərə alaq ki, hava soyuduqca virus infeksiyaları daha aktiv fəaliyyətə keçir. Ona görə son günlər müşahidə edilən yoluxma sayı sərt karantini qaçılmaz edir”.

İnfeksionist onu da bildirib ki, əvvəlki praktikada sərt karantinin müsbət nəticəsi özünü göstərib:

"Mart-aprel ayında da yoluxma çox olduğu üçün sərt karantin tətbiq edildi və may ayında bunun müsbət nəticəsi oldu. Lakin sonradan yumşaldılma olduqca yoluxma sayı yenidən artdı. Görünür, sərtləşmə tədbirləri müsbət effekt verir. Buna görə indi də bu tədbirlər görülməlidir”.