Daha bir vəkil koronavirusdan vəfat edib
03.12.2020
Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat edib.
DM xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, "Lider” Vəkil bürosunun rəhbəri Əli Ələkbərov COVID-19 infeksiyasından dünyasını dəyişib.
Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ə. Ələkbərov müalicə aldığı xəstəxanada bu gün vəfat edib.
Qeyd edək ki, son günlər Vəkillər Kollegiyasının daha bir neçə üzvü - tanınmış vəkillər Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov da koronavirusdan dünyasını dəyişib.