SOCAR son 13 ildə Gürcüstana sərmayəsi
03.12.2020
SOCAR tərəfindən 2007-2019-cu illər ərzində Gürcüstan iqtisadiyyatına 1,1 mlrd. ABŞ dollarından çox investisiya qoyulub.
DM-in məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ilin nəticələrinə dair "Davamlı inkişaf" adlı hesabatda deyilir.
Sənəddə qeyd olunub ki, 2006-cı ildən etibarən SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. Hazırda Gürcüstanda "SOCAR Energy Georgia", "SOCAR Georgia Petroleum", "SOCAR Georgia Gas", "SOCAR Georgia Security" şirkətləri və Kulevi neft terminalı fəaliyyət göstərir.