Nazirlikdən sevindirici Xankəndi açıqlaması
03.12.2020
Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam,Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir.
DM xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Feysbuk səhifəsində canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.
O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.