21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Övladımın həsrətinə dözə bilmirəm"

03.12.2020

"Nəvəm atasının gödəkçəsini qucaqlayıb yatır və onu istəyir".

DM xəbər verir ki, bunu Ermənistan silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi zamanı əsir götürülmüş əsgər, Gəncə şəhər sakini Bayram Kərimovun anası Zülfiyyə Kərimova "Report"un Qərb Mərkəzinə müsahibəsində bildirib.

O, övladının əsir düşdüyünü baldızından öyrəndiyini deyib: "Ermənilər Bayramın yaralı halda əsir götürüldüyünün nümayiş olunduğu videonu yaymışdılar. Üçyaşlı nəvəm hər dəfə qapı döyüldüyündə "atam gəldi" deyir. Biz onun həsrətinə dözə bilmirik. Oğlum ağır yaralıdır, indi onun nə halda olduğunu bilmirik. Görəsən, ona necə baxırlar, necə rəftar edirlər? Xahiş edirəm, bizə yardım göstərilsin, övladım əsirlikdən qurtarılsın".

Z.Kərimova oğlu ilə yanaşı, əsgər yoldaşı Amin Musayevin də əsir düşdüyünü vurğulayıb: "Onun da, övladımın da geri qaytarılmasını istəyirik"

"Bayram könüllü olaraq müharibəyə gedib. Digər oğlum da səfərbərlik zamanı çağırılmışdı və hazırda hərbi xidmətdədir. O da qardaşının yolunu gözləyir", - hərbi əsirin anası söyləyib.

Qeyd edək ki, Bayram Kərimov və Amin Musayev yaralı halda ermənilər tərəfindən əsir götürülüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.