21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

KTMT Ermənistana ordu yeridə bilər - KİV

03.12.2020

 Ermənistanda daxili siyasi qarşıdurmanın qarşısını almaq üçün KTMT-nin sürətli reaksiya qrupu gətirilə bilər.

DM xəbər verir ki, bu iddia ilə "Lragir.am” saytı çıxış edib.

"10 noyabrdan sonra Ermənistan müxalifəti – 17 partiya etiraz aksiyası keçirir, Paşinyanın istefasını tələb edir. Lavrovun xəbərdarlığından sonra müxalifət Rusiya və Qarabağ bəyanatına qarşı yox, yalnız Paşinyana qarşı etiraz etdiklərini açıqladı. Müxalifətin müharibə məsələsi ilə bağlı ritorikası "Putin hər zaman haqlıdır" məsələsinə döndü.

Belə çıxır ki, baş nazirin istefasını tələb edən siyasi qüvvələr indi Putinə də qarşı mübarizə aparırlar? Rusiyanın siyasi planlarının məntiqi onu deməyə imkan verir ki, bir əllə Paşinyana dəstək verilir, amma digər əllə Moskva Paşinyanı sərt təzyiq altında saxlayır”, – məqalədə bildirilib.

Məqalə müəllifi ölkədəki daxili qarşıdurmanın qarşısının alınması üçün Ermənistana KTMT qüvvələrinin yeridilə biləcəyini iddia edib:

"Əgər hökumət və ya müxalifət Putinin planından kənara çıxsa, bu, real ssenaridir. Lakin hər iki tərəf Moskvaya sədaqət andı içib. Paşinyan hələlik öz öhdəliklərini icra edir, 17 partiya isə cəmiyyətdə ümidsizlik yaymaq missiyasını gerçəkləşdirir.

Burada ikinci bir məqam yaranır. Əgər nəzərə alsaq ki, Ermənistan demək olar ki, 10 noyabr razılaşmasının bütün bəndlərini icra edib, o zaman Rusiya Prezidenti daha hansı bəndlərdən bəhs edir? Rusiya Prezidenti daha hansı çətin hədəflərin olmasını vacib hesab edir və bunun üçün KTMT başçılarından dəstək almağa cəhd edir? Artıq tez-tez 10 noyabr Bəyanatının gizli bəndləri haqqında danışmağa başlayıblar”.

Qeyd edək ki, ötən gün KTMT-nin onlayn konfransında Rusiya lideri Putin təşkilat üzvlərindən Paşinyana dəstək xahiş etmişdi.