Prezident: Xalq bu sınaqdan şərəflə çıxdı
05.07.2018
Azərbaycan vətəndaşları böyük məsuliyyət nümayiş etdirmiş, bu məsələ ilə bağlı böyük vətəndaş həmrəyliyi göstərmişlər və Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəfli çıxa bilmişdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədəki ilk çıxışında deyib.
"Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa görə və vətəndaş həmrəyliyinə görə dərin təşəkkür etmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə köməklik göstərmişlər və bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və Azərbaycanda sözün əsl mənasında vətəndaş həmrəyliyi mövcuddur”