21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Düşmənə atılan raketlərin qiymətinə baxın, sonra...

03.12.2020

 Onlar digər sosial ödənişlər (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunublar. Şəhid və qazi ailələrinə dövlət müxtəlif istiqamətlərdə yardım göstərir.

Bu sözləri millət vəkili Fazil Mustafa ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və sağlamlığını itirmiş döyüşçülərimizin sosial təminatı ilə bağlı müzakirələr haqda danışarkən deyib.

O bildirib ki, təqaüdün məbləği ilə bağlı müzakirələr məlumatsızlıqdan irəli gəlir:

"Aylıq ödənişlərdə dövlətin imkanları da nəzərə alınmalıdır. İnsanlar unutmamalıdırlar ki, müharibənin bir günü bizə milyonlarla manat vəsaitə başa gəldi. Bundan sonrakı bərpa işləri üçün də kifayət qədər maliyyə resurslarına ehtiyac var. Ona görə də dövlət büdcəsini tamamilə açıb boşalda bilmərik.

Nəzərə almaq lazımdır ki, ilin əvvəllərində dünyada neft qiymətləri kəskin aşağı düşdü. Yəni insanlar özləri də anlayırlar ki, dövlətin əlində imkanlar genişlənəndə vəsaitin artırılması da nəzərdə tutula bilər. İndiki vəziyyətdə mövcud imkanlarla dövlət sadəcə kimsənin diqqətdən kənarda qalmaması, normal yaşayışını təmin etmək üçün bu vəsaiti nəzərdə tutur. Amma onların reabilitasiyası, ailələrinin müəyyən borcları və s. hamısını həll etməyi dövlət öz üzərinə götürdü.

Ona görə də söhbət təkcə ödənən vəsaitdən getmir, onların tələbə övladlarının təhsil haqları da daxil olmaqla, başqa güzəştlərini də buraya daxil edəndə, dövlətin kifayət qədər böyük vəsait ayırdığı görünür”.

Millət vəkili qeyd edib ki, qazilər və şəhid ailələri bunu haqq edirlər, amma biz dövlətin çöküşünə, zəifləməsinə imkan verəcək təkliflərdən çəkinməliyik:

"Hər atılan raketə, gülləyə baxın, qiymətlərini müəyyən edin və görün ki, dövlət nə qədər xərc çəkib. Azad edilən ərazilərin bərpa olunması, insanların köçürülməsi nə qədər böyük vəsait tələb edir. Bununla belə şəhid və qazi ailələrinin təminatının yüksək səviyyədə olacağına kimsə şübhə etməsin”.