03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Elit” ordumuz cəbhə bölgəsindən qaçdı – Abramyan

02.12.2020

 İrəvan küçələrindəki etirazçılar nə məcburi hərbi xidməti başa vurub, nə də müharibəyə qatılıblar. Bunlar dırnaqarası vətənpərvərdir.

DM xəbər verir ki, bu barədə tanınmayan keçmiş "dqr”in keçmiş "prezident müşaviri” Tiqran Abramyan sosial şəbəkələrdəki səhifəsində yazıb.

Onun sözlərinə görə, erməni xalqı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən "elit hissəsi”nin döyüş meydanından qaçdığını və ya ümumiyyətlə cəbhə bölgəsinə getməyə razı olmadığı həqiqətini unutmamalıdır.

"Nikol Paşinyan vəziyyəti o yerə gətirib çatdırdı ki, Ermənistanın sərhədləri çox həssas oldu. Ermənistan hökumətinin təlxəkliyi davam edir”, – Abrahamyan qeyd edib