21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşaya yol çəkilişinə xarici şirkətlər də cəlb olundu

02.12.2020

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb.

Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.

Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.

Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.

ƏTRAFLI
BOSCH Azerbaijan
Facebook
Tarix
2020.12.02 / 14:23
Müəllif
Axar.az

Şərhlər





Digər xəbərlər
Laçının Qarıqışlaq kəndi – Video
Operativ Qərargahın brifinqi - Canlı
Kəlbəcərin Zod qızıl yatağının görüntüləri - Video
Gəncədə yaralı hərbçilər ziyarət edildi
Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda Zəfər Günü qeyd ediləcək - Sərəncam
Sentyabrın 27-si Azərbaycanda Anım Günü olacaq
Karantini pozan kafelər aşkarlandı, 14 nəfər cərimələndi
Nazir general-mayoru vəzifədən azad edib? - Rəsmi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı

KULT
Dünənki itkilərimiz açıqlandı, ancaq reaksiya yoxdur...Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı...Əsgərlərimizin dəhşətə gətirən əməli… - Ermənilər danışdıÇak Norris Azərbaycana müraciət etdi – VideoRafiq Əliyev: Gələcək necə olacaq? – VideomüsahibəLaçın azad edildi: bugündən yeni dönəm başladıBayrağımızı paltar kimi geyinmək olarmı? - DeputatSami Yusif: Laçını ziyarət etmək üçün səbirsizlənirəmİsveçdə 44 günün ədalətsizliyinə bir kitabla cavab - FotoLaçın artıq həsrət deyil... – Məhəbbətin oğlu danışdıŞəhidin son sözü: Narahat olmayın…Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandıLaçın alındı, şairin atasının sevincdən ürəyi dayandıArzusu Şuşa idi: döyüşə girdi, ancaq...Hərbçinin "Şahid dəniz”i çapdan çıxdıBu tələbələr təhsil haqqından azad edildiGəncə Dövlət Universitetinin dosenti vəfat etdi - FotoMaykl Cekson yaşayır: şok iddia yenidən gündəmdə - VideoErmənilər Paşinyanı niyə devirmir? – 3 şok səbəbTahir Salahovun həyat yoldaşı vəfat etdiŞəhid zabitimizin son arzusu: Oğlum olsa...Jerar Depardye: Azərbaycana heyranam18 yaşlı Sidiqə "müharibədə” məğlub oldu..."Reqnum” Mahmudovun "həyasız”ını "həyalı” etdi – FotoVladivastokda böyüdü, Şuşada şəhid oldu...Şəhadətin mübarək, Xəyal!Ermənilərin yaşadığı evdən Aygün Kazımovanın şəkli çıxdıPolad Ələmdardan illər sonra Çakırla bağlı etirafRumıniyada xalq yazıçımızla bağlı konfrans keçirildi"Yenilməzsən Azərbaycan!”ın ilk təqdimatı - VideoDünənki itkilərimiz açıqlandı, ancaq reaksiya yoxdur...Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı...<><>