21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Evdə müalicə olunan koronaviruslu xəstələrə XƏBƏRDARLIQ

02.12.2020

 "Koronavirusa yoluxan şəxslərin 81 fazidən çoxu xəstəliyi yüngül siptomlarla keçirir”.

DM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, belə xəstələrin ev şəratində müalicəsi mümükündür: "Lakin bəzi şəxslər xəstəxanalara axın edir. Bəzi hallarda isə tətbiq etdiyimiz müalicə protokolunlarından kənar əlavə müalicələr qəbul edirlər, təhlükəli dərman vasitələrindən, həkim nəzarəti olmadan antibiotik tərkibli dərmanlardan istifadə edirlər. Bunların həyati təhlükəsi var”.

O bildirib ki, ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur: "Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

N.Mustafayev bildirib ki, test nəticəsi pozitiv çıxmış şəxslər yaşayış yerini tərk etməklə yaxınlarına və digər vətəndaşlara ciddi təhlükə yaradırlar: "Fürstədən istifadə edib, onları diqqətli olmağa, həssas yanaşmağa və karantin qaydalarına əməl etməyə çağırıram”.