Baydendən İrana böyük jest: İşləməyə hazırıq!
02.12.2020
ABŞ İranla nüvə razılaşmasının iştirakçıları sırasına geri qayıtmaq üzərində işləməyə hazırdır.
DM xəbər verir ki, bunu "Nyu York Tayms”a müsahibəsində ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden deyib. O, ABŞ-ın bu razılaşmaya qayıtmasının asan olmayacağını bildirib.
Bayden İranın nüvə silahı əldə edəcəyi halda buna Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələrin də cəhd edəcəyini söyləyib:
"Dünyanın bu bölgəsində nüvə potensialının artırılması bizim istədiyimiz ən son şeydir”.