Koronavirus peyvəndi təsdiqləndi: qiyməti açıqlandı
02.12.2020
İngiltərənin Dərman və Sağlamlıq Məhsulları İdarəsi ABŞ-ın "Pfizer” və Almaniyanın "BioNTex” şirkətləri tərəfindən hazırlanmış koronavirus peyvəndini təsdiqləyib.
DM xəbər verir ki, bu barədə "Röyter” məlumat yayıb.
Bildirilib ki, gələn həftədən vaksin bütün İngiltərə ərazisində insanlara verilməyə başlanılacaq.
İlkin məlumatlara görə, peyvəndin qiyməti təxminən 15,5 avro olacaq