Tramp Pompeoya İranla bağlı bunu tapşırıb
02.12.2020
ABŞ Prezidenti Donald Tramp ölkənin Dövlət katibi Mayk Pompeoya İrana təzyiq etməklə bağlı tapşırıq verib.
DM xəbər verir ki, bu iddia ilə ABŞ-ın "Deyli Best” qəzeti çıxış edib.
"Tramp Pompeoya geniş səlahiyyət verib və "Üçüncü Dünya müharibəsi başlatmamaq şərtilə İrana təzyiqi artır” deyib”, - qəzet bildirib.
Nəşrin yazdığına görə, Tramp prezidentliyi Baydenə təhvil verməzdən əvvəl İran iqtisadiyyatını daha ağır duruma salmaq istəyir.