21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bəs Xocalı, Xankəndi, Xocavənd?

02.12.2020

 "Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı bacardı, indi biz - vətəndaşlar təşəbbüs göstərməliyik. Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya "sülhməramlılarına" müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalıya yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, Bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir”.

DM xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Azərbaycan faktiki şəraitdən maksimum istifadə etməlidir: 

"Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm "Xocalı Abidəsi" açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya "sülhməramlıları" Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadırlar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!”