Ermənistanın müdafiə naziri Xankəndiyə gəldi
02.12.2020
Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan dünən Xankəndiyə gəlib.
DM xəbər verir ki, o, Xankəndidə separatçı-terrorçuların lideri Araik Arutyunyanla görüşüb.
Araik Arutyunyan Vaqarşak Arutyunyanın zəngin təcrübəsi olduğunu və müdafiə sferasındakı ağır böhranın qarşısının alınmasında onun uğur qazanacağına ümid etdiyini bildirib.
Görüşdə əsas müzakirə mövzusu hərbi əsirlər və itkinlərin taleyi olub.