Orban: Sorosun hədəfi və məskalanmış tərəfdarları
02.12.2020
Macarıstan Baş naziri Viktor Orban milyarder Corc Sorosu kəskin tənqid edib.
DM xəbər verir ki, o, Sorosun Avropada milli dövlətlərə qarşı intriqalar qurduğunu, Avropa Birliyindən isə yeni imperiya və multimədəni cəmiyyət yaratmağa cəhd etdiyini söyləyib.
O, Sorosun tabeliyində çoxlu sayda siyasətçilər, jurnalistlər, hakimlər, məmurlar və siyasi təbliğatçıların olduğunu, onların vətəndaş cəmiyyəti tərəfdarları adı altında maskalandığını qeyd edib.
Baş nazir Sorosun avropalıları xristian dəyərlərindən mərhum etməyə və Avropa xalqları arasında küskünlük yaratmağa çalışdığını söyləyib:
"Yeni Brüssel imperiyasının tərəfdarları və əleyhdarları arasında toqquşma hələ tam başa çatmayıb. Əgər biz müstəqilliyimizi saxlamaq istəyiriksə, Avropa gərək Sorosun şəbəkələrinə tabe olmasın”.