Bu bank TAP-a 500 milyon AYIRDI
04.07.2018
Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Direktorlar Şurası Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 500 mln. avro məbləğində kreditin ayrılmasını təsdiq edib.
Bu barədə EBRD-nin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda TAP-ın Avropa Birliyi üçün əhəmiyyətli layihə olduğu vurğulanıb.
Qeyd edək ki, TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.