21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünən 28 koronavirus xəstəsi yaşayış yerini tərk edib

02.12.2020

 Daxili işlər orqanları əməkdaşları ölkədə koronavirus xəstələrinin yaşayış yerini tərk etməsinin qarşısını almaq məqsədilə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də ölkə ərazisində keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən daha 26 aktiv koronavirus xəstəsi akarlanıb. Həmin şəxslərdən 24 nəfər evə, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Saxlanılan şəxslərdən 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, gün ərzində yaşayış yerini tərk etdiyi üçün saxlanılan aktiv koronavirus xəstələrinin 6-sı Bakı şəhərində, 6-sı Bərdə rayonunda, 4 nəfər isə Qazax rayonunda aşkar edilib. Digər aktiv xəstələr isə ölkənin müxtəlif rayonlarında aşkarlanaraq saxlanılıb.