21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hələ sülh sazişi imzalanmayıb, ona görə...

02.12.2020

 Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi hissəsinin uğurla bitməsinin təsdiqi oldu.

Bu sözləri politoloq Elxan Şahinoğlu Laçının işğaldan azad edilməsi və bundan sonrakı siyasi proseslər haqda danışarkən deyib.

O bildirib ki, illərdir Ermənistan bizə "güzəşt” adı altında beş rayonu verib daha sonra referendumla keçmiş Dağlıq Qarabağa müstəqillik almağa çalışırdı:

"Hətta onlar yalnız bundan sonra Kəlbəcər və Laçını boşalda biləcəklərini deyirdilər. Laçının da hamısını deyil. Lakin Azərbaycan hərbi yoldan istifadə edərək bir daha sübut etdi ki, biz istədiyimiz halda işğalda olan 7 rayonu və keçmiş Dağlıq Qarabağın ərazisini geri qaytara bilərik.

Şübhəsiz, uğurlarımız danılmazdır. Tarixi bir qələbə qazandıq. Ötən gün Laçının da işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik masada qələbəsinin göstəricisidir. Münaqişənin hərbi mərhələsi artıq sona çatıb. Siyasi müstəvidə mübarizəmiz davam edir. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Bu, çox vacibdir. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi də öz həllini tapmalıdır.

Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının fəaliyyətini vurğulamaq lazımdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir.

Qarşıdan gələn danışıqlar prosesində də uğurun davamlı olacağını düşünürəm”.