21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir

01.12.2020

"Ölkəmizdə mövcud vəziyyət ondan ibarətdir ki, yoluxma hallarının sayında artım tendensiyası davam etməkdədir. Görülən tədbirlərin effektivliyi əhalinin nə dərəcədə qaydalara əməl etməsindən çox asılıdır”.

DM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insanların xəstələnərkən müraciət etməmələri və özlərini təcrid etməmələri kimi faktorlar vəziyyəti bir qədər də pisləşdirir:

"Özünümüalicə bir tərəfdən xəstənin vəziyyətinin ağırlaşmasına, fəsadlaşmaya yol açır, digər tərəfdən isə infeksiyanın yayılmasına gətirib çıxarır.

Mövsümlə əlaqədar olaraq kəskin respirator virus infeksiyalarının sayında artım bu məsələni bir qədər də çətinləşdirir.

Çünki bu infeksiyaların ilkin klinik əlamətləri yeni koronavirus infeksiyasının əlamətləri ilə oxşarlıq təşkil edir. Bunları bir-birindən ayırmaq çətindir, bunu yalnız həkim-mütəxəssis etməlidir.

Yəni əgər şəxs xəstəliyin ilk günlərində yaranmış yüngül əlamətlərə bir o qədər də fikir verməyərək, bunun adi soyuqdəymə olduğunu düşünür, özünü təcrid etmədiyi üçün infeksiyanı ətrafına yayır”.

"Buna görə də özündə hərarət, əzginlik, zəiflik, kataral əlamətlər və sair hiss edən şəxs mütləq poliklinikaya müraciət etməlidir. Yəni ilk gündən ən azı həkim nəzarətində olmalıdır. Bununla yanaşı, özünü evdə qalarkən təcrid etməli, maska geyinməli və digər ailə üzvlərinin də buna riayət etmələrinə nail olmalıdır.

Hər bir kəs özünü qorumalıdır. Qoruyucu qaydalara ciddi və düzgün əməl etməklə yanaşı, öz gündəlik işlərini elə qurmalıdır ki, lüzumsuz təmaslar olmasın”, - deyə baş infeksionist qeyd edib.