Akopyan “Nə olsun: 5 min əsgər öləcək…” deyibmi?
01.12.2020
Ermənistan parlamentinin Daşnaksütyun Partiyasından olan eks-deputatı Aqvan Vardanyan Paşinyana bir neçə sual ünvanlayıb.
DM xəbər verir ki, onun Paşinyana ünvanladığı suallarda maraqlı məqamlar yer alıb.
"Baş nazir Nikol Paşinyana Rusiya ilə münasibətləri pozmamaq və çoxsaylı qurbanların olacağı, dağıdıcı müharibəyə gətirib çıxaracaq Qarabağla bağlı danışıqları dayandırmamaq barədə məsləhətlərin verildiyi söhbət olubmu? Baş nazirin həyat yoldaşı bu söhbət zamanı "Nə olsun? 5 min nəfər öləcək... Onlar torpaqları saxlamaq istəyirlər, amma ölmək istəmirlər?” deyibmi?” – deyə eks-deputat bildirib.
Vardanyan, həmçinin 2019-cu ilin ikinci yarısında Paşinyanın canlı yayım açaraq Ermənistanın KTMT-dən çıxacağını elan etməyi planlaşdırdığını, amma onun bu fikirdən güclə daşındırıldığını bildirib.