Avropa orduları da Ermənistanın gününə düşə bilər
01.12.2020
Türk PUA-larının Qarabağdakı uğurları bəzi Avropa ölkələrini narahat etməlidir.
DM xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici Əlaqələr Şurasının üzvü, hərbi ekspert Qustav Qressel deyib.
"Bənzər vəziyyət yaranarsa, Avropa orduları da Ermənistan kimi bərbad hala düşə bilər. Avropa hökumətləri təcili olaraq Qarabağda PUA-larla bağlı tətbiq olunan strategiyaları araşdırmalıdır. Azərbaycana məxsus PUA-ların taktiki istifadəsi möhtəşəm idi. Bu intellektual yaradıcılıq qabiliyyəti Azərbaycanın döyüş üslubunu inkişaf etdirən türk hərbiçilərinə aiddir”, - ekspert bildirib.