Laçının işğaldan azad edilməsi Taxtakörpüdə qeyd edilib
01.12.2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən sonra laçınlılar Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində bir araya gəliblər.
Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşan laçınlar Laçının Azərbaycan ordusunun nəzarətinə keçməsini xüsusi çal-çağırla qeyd ediblər.
Qeyd edək ki, Laçın rayonunun 1 şəhər, 1 qəsəbə, 125 kəndinin işğaldan azad olunması ilə ölkənin 58 şəhər və rayonunda məskunlaşan 78 565 nəfər laçınlı öz dədə-baba torpağına qaydacaq.