Daha bir müğənni ailəsi ilə birgə koronavirusa yoluxdu
01.12.2020
Daha bir ifaçı ailəsi ilə birgə koronavirusa yoluxub.
DM-in əldə etdiyi məlumata görə, müğənni Elçin Hüseynovun və ailə üzvlərinin "Covid-19” testi pozitiv çıxıb.
Onlar evdə müalicə alırlar. Sənətçi saytımıza açıqlamasında vəziyyətlərinin stabil olduğunu söyləyib.
Qeyd edək ki, sənətçinin 4 övladı var.
Onu da bildirək ki, Əməkdar artist Lalə Məmmədova və ailəsi də koronavirusa yoluxub.