Paketlərdən istifadəyə qadağa QOYULDU
04.07.2018
"Dövran Media” Seqodnya.uaya istinadən xəbər verir ki, 1 iyuldan Avstraliyanın iki ştatında birdəfəlik plastik paketlərdən istifadə qadağası qüvvəyə mindi.
Hansı ki, BMT-nin məlumatına görə dünyada hər dəqiqədə 10 milyon ədəd istifadə edilir. Bundan əlavə iki iri supermarketlər şəbəkəsi olan Coles və IGA-ya bu paketlərdən istifadəsinə qadağa qoyulub. Onlardan istifadənin cəriməsi 4,6 min dollara çata bilər. Yeni qadağa Kvinslenddə və Qərbi Avstraliyada tətbiq edilib. İndi Yeni Cənubi Uelsdən başqa, demək olar ki, qitə-ölkəsinin bütün ərazisi birdəfəlik plastiklərdən imtina edib. Birdəfəlik polietilen paketlərin ətraf mühiti çirkləndirməsi, ekologiyaya və ən başlıcası isə insan səhhətinə vurduğu ziyana görə onlardan istifadə edilməsi bir çox ölkələrdə qadağan edildiyi barədə əvvələr də məlumat verilib.