Laçında bərpa olunacaq mədəniyyət müəssisələrinin sayı açıqlanıb
01.12.2020
"Biz Laçınımıza mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”.
DM-in məlumatına görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edənAnar Kərimov "Twitter” hesabında paylaşım edib.
"Laçında 73 tarix-mədəniyyət abidəsi, 51 mədəniyyət evi, 75 kitabxana, 5 musiqi məktəbi, 2 muzey, 1 qalereya bərpa ediləcək”,-deyə paylaşımda bildirilib.