Ermənistanın Qarabağda uduzmaq səbəbi
01.12.2020
Ermənistan Qarabağda rəhbərliyin uzaqgörən olmaması və hərbi, informativ və diplomatik kəşfiyyatın qeyri-effektivliyi ucbatından məğlub oldu.
DM xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryan deyib. Onun sözlərinə görə, məğlubiyyətə təsir edən digər amillər operativ-taktiki qərarların nizamsızlığı, idarəetmədə, eləcə də hərbi sferada dəqiq sistemin mövcud olmamasıdır.
Baqdasaryan Ermənistanda gələcək qeyri-stabillikdən qaçmaq üçün növbədənkənar seçkilərin keçirilməsi gərəkdiyini bildirib.