Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik - Merkel
01.12.2020
"Oruc Rəis" tədqiqat gəmisinin Antalya limanına geri dönməsi Avropa Birliyi zirvəsi öncəsi müsbət bir işarədir.
DM xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.
Merkel bu məsələnin 10-11 dekabr zirvəsində nəzərə alınacağını söyləyib.
Türkiyənin dünyada ən çox miqrantlara ev sahibliyi edən ölkə olduğunu vurğulayan Merkel AB daxilində qaçqınların müzakirəsində çətinlik çəkdiklərini deyib:
"Türkiyə bu baxımdan hörmətə layiqdir və dəstəkləməyə davam etməliyik".