Türkiyənin Müdafiə Nazirliyindən Laçın paylaşımı
01.12.2020
Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib.
DM xəbər verir ki, nazirliyin "Twitter” səhifəsində qeyd olunur:
"Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi”.
Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.