03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilər 55 min, ruslar 23,5 min deyir

30.11.2020

İndiyə qədər Qarabağa 55 min nəfər qayıdıb.

DM xəbər verir ki, bunu Qarabağdakı separatçı-terrorçuların nümayəndəsi Jirayr Mirzoyan deyib.

O, Rusiyanın açıqladığı rəqəmlərlə bağlı yaranan fərqə də aydınlıq gətirib. Onun sözlərinə görə, Qarabağa əksəriyyət Vardenis-Kəlbəcər yolu bağlanana qədər öz şəxsi nəqliyyat vasitələri ilə qayıdıb. Burada Rusiya sülhməramlıları olmadığına görə onların qeydiyyatının aparılmadığını da iddia edib.

Qeyd edək ki, Rusiyanın açıqlamasına görə, indiyə qədər Qarabağa 23514 erməni qayıdıb.

Maraqlı məqam odur ki, Kəlbəcər-Vardenis yolunun bir hissəsi müharibənin ilk günlərindən Azərbaycan Ordusunun nəzarətində olub. Bu yol müharibə dövründə tam qapalı qalıb. Atəşkəsdən sonra isə bu yol ermənilərin Kəlbəcər və Ağdamdan çıxması üçün istifadə edilib.

Kəlbəcər-Vardenis yolundan istifadə etməklə əvvəlcə Xankəndiyə, daha sonra isə digər bölgələrə giriş-çıxış 10 noyabrdan sonrakı müddət ərzində tam olaraq Rusiya sülhməramlılarının nəzarətinə keçib. Ermənilərin yalnız Xankəndiyə, üstəlik birbaşa Rusiya sülhməramlılarının himayəsi altında geri döndüyü nəzərə alınarsa, o zaman Mirzoyanın təqdim etdiyi statistikaya ciddi şübhə yaranır.

Xatırladaq ki, ermənilər bacardıqca qayıdanların sayını şişirdərək, pripiska aparırlar.