Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
30.11.2020
Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınqdan keçirilib.
Söhbət düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini pilotsuz idarə olunan kiçikhəcmli mülki təyyarələrlə aşkarlamaqdan gedir.
Qeyd edək ki, bu faktikanı dünya hərb tarixində ilk dəfə Azərbaycan ordusu tətbiq edib. Belə ki, Qarabağda hərbi əməliyyatların lk günlərində və həftələrində Ermənistan Müdafiə Nazirliynin məşhur sözçüsü Arsurun Ovanisyan az qala hər gün Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu haqda raport verirdi. Müharibənin ilk iki həftəsindən sonra "vurulan” təyyarələrin sayı artıq onlarla ölçülürdü və belə qənaət yaranırdı ki, artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında döyüş təyyarələri qalmayıb. Buna baxmayaraq düşmən yenə də təyyarələri vurmaqda davam edirdi. Və hər dəfə bu təyyarələrdən pilotların niyə katapult etmədiyini görüb təəcüblənirdi.