RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.
DM Oxu.az-a istinadən xəbər verir ki, RT Şuşa ətrafında təxminən üç kilometr uzunluğundakı hissəsinin istehkamçılar tərəfindən təmizlənməsinin kadrlarını paylaşıb.
Məlumata görə, son 24 saatda 100-dən çox mina və partlamamış döyüş başlığı tapılıb.
Ümumilikdə isə Dağlıq Qarabağda həyata keçirilən sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyib, 750-dən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.