Paşinyana qarşı uğursuz aksiya?
30.11.2020
İrəvanda taksi üçün gediş haqlarının artırılması əleyhinə etirazlara kapitulyasiya haqqında razılaşmaya qarşı etirazlardan daha çox insan toplanmışdı.
DM xəbər verir ki, bu iddia ilə erməni rejissor Mqer Mkrtçyan çıxış edib.
"Əslində "100 dram” adlı etirazlarda küçələrə onminlərlə insan çıxmışdı. 10 noyabrdan sonra isə meydanlara Nikol Paşinyanın ünvanına eyni təhdidləri səsləndirən eyni insanlar çıxırlar. O isə istefaya getməyi düşünmür”, – deyə o bildirib.
Qeyd edək ki, bir neçə ziyalı (M.Mkrtçyan da daxil olmaqla) ötən gün xalqı Azadlıq meydanından Rusiya səfirliyi qarşısına yürüşə dəvət etmişdi. Rusiya səfirliyi önündə mitinqdə Rusiyada əsirlərin geri qaytarılmasına yardım xahiş edilmişdi. Bu aksiyaya az adamın çıxması birmənalı qarşılanmayıb.