Təhsil naziri qəzada ölən tələbələr ilə bağlı paylaşım edib
30.11.2020
Təhsil naziri Emin Əmrullayev qəzada ölən Tibb Universitetinin tələbələri ilə bağlı paylaşım edib.
DM-in məlumatına görə, paylaşımda deyilir:
"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.
Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.
Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!"