İranlı alimin qətlindən şübhəli bilinənlər
30.11.2020
İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb.
DM xəbər verir ki, bu barədə iranlı jurnalist Məhəmməd Əhvaz Tvitter hesabında yazıb.
Bildirilir ki, xüsusi xidmət orqanları mehmanxana sahiblərinə şübhəli şəxsləri oteldə gördükləri halda onlara məlumat vermələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, noyabrın 27-də İranın nüvə fiziklərindən olan M.Fəxrizadə qətlə yetirilib.