21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ağdamda Pənahəli xan sarayı erməni işğalından əvvəl və sonra...

30.11.2020

Erməni işğalından sonra bir çox abidələrimizə düşmən tərəfindən zərər yetirildiyi, vandalizmə məruz qaldığı məlum olub.

DM "oxu.az”a istinadən xəbər verir ki, Ağdamın Azərbaycana təhvil verilməsindən sonra şəhərin işğal illərində məruz qaldığı dəhşətli vəziyyət üzə çıxıb.

Belə abidələrdən biri də Ağdamda yerləşən Pənahəli xan sarayıdır.

XVIII əsrə aid abidə 1738-ci ildən sonra – Pənahəli xanın Qarabağda quruculuq işlərinə başladığı dövrdə inşa edilib. Tikili iki binadan ibarət olub və Pənahəli xanın imarəti də adlanıb.

Düşmən təcavüzü illərində mənfur qonşularımız mədəniyyətimizi təhqir etmək, torpaqlarımızdakı izləri silmək məqsədilə bu saraya da külli-miqdarda zərər vurublar. Saraydan tövlə və əsgərlər üçün sığınacaq kimi istifadə olunub.

Sarayın işğaldan əvvəlki və işğal illərində məruz qaldığı dəhşətli vəziyyəti əks etdirən fotoları təqdim edirik: