Taksilər qiymətləri qaldırdı
04.07.2018
Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxsi sürücülər bu gün Bakı Metropoliteninin fəaliyyət göstərməməsindən və tələbin çoxluğundan qiymətləri 2-2,5 dəfə bahalaşdırıb.
"Dövran Media" xəbər verir ki, qiymət bahalaşması taksi xidmətlərinə aid deyil. Ancaq standart qiymətlə fəaliyyət göstərən taksi xidmətləri sifarişlərin hamısını qəbul edə bilmirlər. Belə ki, sifariş qəbul edildikdən sonra ən operativ takxi xidmətləri də icra edə bilməyəcəkləri və yaxud gecikdikləri haqda sifarişçiyə mesaj göndərirlər.
Sərnişinlər isə fəziyyətdən çıxmaq üçün metro stansiyaları önündəcə qruplaşırlar və eyni istiqamətdə gedənlər taksidən şərikinə istifadə etməklə, artıq ödəniş etməkdən qurtulurlar.
Bu arada, uzun müddətdir şəhərin mərkəzindən yığışdırılan kiçiktutumlu marşrut taksilərinin də əsas prospektlərdə görmək mümkündür. Daha çox şəhərətrafı ərazidə fəaliyyətlərini davam etdirən kiçiktutumlu marşrut taksiləri bu gün şəhərin mərkəzinə sərnişin daşıyırlar.
Qeyd edək ki, rəsmi məlumata görə, gün ərzində Bakı metrosu 590 mindən çox sərnişinə xidmət göstərir. Metronun işləməməsi əlbəttə, ciddi sərnişin sıxlığı yaratmalıdır.