Paşinyan arvadı ilə bağlı ittihamlara cavab verdi
27.11.2020
Mən özüm həyat yoldaşım Anna Akopyana Qarabağda qərargahın olduğu bunkeri ziyarət etməyi tapşırmışam.
DM xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Həyat yoldaşım Xankəndidə generalları mənim tapşırığımla ziyarət edib. Baş nazirin ailə üzvünün səfəri daim şəhərdən qaçan dinc sakinlər haqqında eşidən hərbçilərin döyüş ruhunu qaldırmalı idi. Həyat yoldaşım şəxsən Xankəndidəki sığınacaqlarda qida və su paylanması ilə məşğul olub. Kim deyir ki, 70% əhalisi tərk edilmiş şəhərdə baş nazirin ailəsinin üzvü olmalıdır? Yoxsa Xankəndi bombardman altında Baden-Baden kurortuna bənzəyirdi?” – deyə o bildirib.
O, həmçinin Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın cənub istiqamətində gedən döyüşlərdəki uğursuzluqlara görə şəxsən məsuliyyət daşıdığını söyləyib.