Azərbaycanda himayədar ailələr yaradılacaq
27.11.2020
Azərbaycanda himayədar ailələr yaradılacaq.
Bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-2022-ci illərdə alternativ qayğı xidməti kimi, "himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması ilə bağlı tapşırıq verilib.