Putin TŞ-nin iclasında Qarabağı müzakirə etdi
27.11.2020
Rusiya Prezidenti Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti, Rusiya sülhməramlılarının və Qarabağdakı humanitar missiyasının fəaliyyətini Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
DM xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu kontekstdə prezident müşavirə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən telefon danışıqları barədə məlumat verib”, — o əlavə edib.