Özbəkistan rəsmiləri PKK-çılarla görüşdü
27.11.2020
Özbəkistan Prezidentinin müşaviri Mehriddin Xairiddinovun başçılıq etdiyi nümayəndə heyəti Suriyanın şimalında PYD/YPG-nin "xarici əlaqələr şöbəsi”nin sədri Əbdülkərim Ömərovlə görüşüb.
DM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Özbəkistan rəsmilərinin bu görüşü sərt tənqidlərə səbəb olub.
Görüşün təfərrüatı barədə məlumat verilməyib.