KTMT toplanır: Bu məsələlər müzakirə ediləcək
27.11.2020
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nazirlər Şurasının iclası Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi ilə dekabrın 1-də videokonfrans formatında keçiriləcək.
DM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İclasın gündəliyinə qlobal və regional təhlükəsizliyin vəziyyəti və inkişaf perspektivləri, KTMT fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər daxildir”, - Zaxarova deyib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.