Ötən gün Kəlbəcər yatağında nə baş verib?
27.11.2020
Ermənistan Xarici İşlər Nazirliyi dünən Söyüdlü qızıl yatağında baş verən insidenti şərh edib.
DM xəbər verir ki, nazirlik 27 noyabrda Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışıqların baş tutduğunu və müvəqqəti döyüş mövqelərinin lokasiyasının dəqiqləşdirildiyini bildirib.
"Delimitasiya və demarkasiya uzun və kompleks prosesdir. Onlar dövlətlər arasında qurumlararası komissiya və işçi qrupları əsasında gerçəkləşdirilir, nəticədə müvafiq beynəlxalq sənəd imzalanır”, – deyə nazirlik açıqlayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan ordusunun 250 əsgərinin Söyüdlü (Zod) qızıl mədəninə gedərək, buranın Azərbaycan ərazisi olduğunu bildirdiyi və erməniləridən oranı tərk etmələrini tələb etdiyi haqda erməni mediası məlumat və video yayıb.
Olayla bağlı Azərbaycan rəsmi açıqlama verməyib.