İsveç və İngiltərə 1/4 finalda
04.07.2018
Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub.
"Dövran Media" xəbərinə görə, keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşib.
İlk oyunda İsveç İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.
Digər oyunda Kolumbiya ilə İngiltərə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb - 1:1. Penaltilər seriyasında isə ingilislər sevinib - 4:3.
DÇ-2018
1/8 final
3 iyul
Kolumbiya - İngiltərə - 1:1 pen - 3:4
Qollar: Keyn, 58-pen (0:1), Yerri Mina, 90+3 (1:1)
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.
İsveç - İsveçrə - 1:0
Qol: Emil Forsberg, 66
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
30 iyun
Uruqvay - Portuqaliya - 2:1
Fransa - Argentina - 4:3
1 iyul
İspaniya - Rusiya - 1:1 pen-2:4
Xorvatiya - Danimarka - 1:1 pen-3:2
2 iyul
Belçika - Yaponiya - 3:2
Braziliya - Meksika - 2:0