“Paşinyan Zəngəzuru Əliyevə verəcək”
27.11.2020
Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan Zod qızıl mədəni ilə bağlı baş verənlərə görə Nikol Paşinyanı sərt tənqid edib.
Erməni mediasın xəbər verir ki, Ohannisyan Zod qızıl mədəninin yarısının Azərbaycana verilməsi ilə Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyinin şübhə altına alındğını bildirib.
"Ali şər (Paşinyanı nəzərdə tutur - red)” Zod qızıl mədəninin yarısını hüquqi şəkildə Azərbaycana verməklə Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyini şübhə altına alıb.
Siz Əliyevin bizdən təzminat olaraq tələb etdiyi 50 milyard dolları necə hesabladığını düşünmüsünüzmü?
Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu cahilin (Paşinyanı nəzərdə tutur-red) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir”, - deyə keçmiş nazir vurğulayıb.
Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.
"Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin.
Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.
Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq: "Düşünməyin ki, "xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”.