Milli Qəhrəman Allahverdi Bağırovun övladları 27 ildən sonra atalarının məzarını ziyarət ediblər.
DM xəbər verir ki, Allahverdi Bağırovun iki qızı Dövlət Sərhəd Xidmətinin işçiləri olaraq atalarının şəhadətə qovuşduğu yerə — Ağdama gəliblər.
Hər iki qızı hərbiçi peşələrini seçərək, Milli Qəhrəmanın arzusunu yerinə yetirdiklərini bildiriblər.
"Mən, polkovnik-leytenant Zümrüd Allahverdi qızı Bağırova, 1993-cu ildə tərk etdiyim Vətən torpağındayam... Qürurverici hissdir ki, atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanımıza və qəhrəman döyüşçülərimizə öz dərim təşəkkürlərimi bildirirəm”, - Allahverdi Bağırovun qızlarından biri deyib.
Qeyd edək ki, ötən gün Allahverdi Bağırovun məzarının son görüntüsü yayılmışdı. Videodan aydın olur ki, yeni görüntülər Milli Qəhrəmanın qızlarının ziyarətinin nəticəsidir.