Elmar Vəliyev başından güllələndi: Vəziyyəti ağırdır + TƏCİLİ
03.07.2018
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə axşam saatlarında silahlı hücum olub.
"Dövran Media" xəbər verir ki, hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. E.Vəliyev isə başından və qarın nahiyəsindən ağır yaralanıb.
Hazırda E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunur.
Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb.