Kəlbəcərdə yerləşən "İstisu” sanatoriyasının görüntüləri yayılıb.
DM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Qeyd edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.