Donbasda sülh istiqamətində irəliləyiş var
27.11.2020
Donbasda sülhün əldə olunması ilə bağlı irəliləyiş var.
DM xəbər verir ki, bu sözləri Ukrayna Prezident Administrasiyasının rəhbərinin birinci müavini Kirill Timoşenko deyib.
O bildirib ki, Donbasda sülh əldə etməyin yolları ilə bağlı Prezident Zelenski müəyyən baxışa sahibdir və Ukrayna elə buna doğru gedir:
"Bu sülh ilk növbədə bizə sərf edir, çünki bu ərazi Ukraynanındır və orada Ukrayna vətəndaşları var. Prezidentin istəyi və davamlı fəaliyyəti olmadan sülhə nail ola bilmərik”.